Uşaqlarının təhsili üçün uzun müddətdir Londonda yaşayan məşhur aktyor Halit Ergenç və xanmı, aktrisa Bergüzar Korel mayın 14-də Türkiyədə keçiriləcək seçki ilə bağlı İngiltərədə açılan seçki məntəqəsində səs veriblər.
Mia.az xəbər verir ki, bu barədə Ergenç "İnstagram"dakı hesabından paylaşım edib.
O bildirib ki, bu gün səslərini veriblər: “Səs verdik".
Məşhur aktyor daha sonra yazıb ki, əslində, bəlkə seçki günü Türkiyədə olma ehtimalları var: "Tez-tez gedib gəlirik. Yəni, Türkiyədən tam getmiş deyilik. Uşaqlarımıza görə ikiyə bölünmüşük..."
Onu da qeyd edək ki, dünən Rüştü Rəşbər və xanımı da İngiltərədə səs veriblər.
Ləman
MİA.AZ