Bu gün dünya çempionatında 1/4 final mərhələsinə start verilib.
Mia.az xəbər verir ki, ilk oyun günündə əvvəlcə meydana Fransa və Uruqvay çıxıblar.
Oyunun 42-ci dəqiqəsində "Real Madrid"in formasını geyinən Varanın vurduğu qolla Fransa hesabda irəliyə çıxıb - 1-0
61-ci dəqiqədə "Atletiko Madrid"də forma geyinən Qrizman Fransanın daha bir qoluna imza tıb. Belə ki, onun uzaqdan vurduğu top qapıçı Musleranın kobud səhvi nəticəsində qapıya daxil olub - 2-0
Hakim oyunun əsas vaxtına 5 dəqiqə əlavə edib. Lakin qalan dəqiqələrdə hesab dəyişməyib və Fransa adını 1/2 finala yazdırıb.
Onu da qeyd edək ki, bu oyunun qalibi Brazilya-Belçika qarşılaşmasının qalibi ilə 1/2 finalda oynayacaq.
Sabah isə aşağıdakı yığmalar qarşılaşacaq:
18:00. İsveç - İngiltərə
22:00. Rusiya - Xorvatiya