Üç ilə yaxındır misirli biznesmen Mohammed Alsaloussilə evlilik hazırlığında olan türkiyəli populyar bloqer və model Şeyma Subaşı, nəhhayət, muradına yetişib.
Mia.az xəbər verir ki, model 2.9 milyon izləyicisi olan "İnstagram"dakı hesabından toy və nikah fotolarını yayıb.
Cütlüyün toy mərasimindən fotolar qısa müddət ərzində sosial mediada yayılmağa başlayıb.
Model bununla yanaşı, soyadını da dəyişdiyini açıqlayıb. Bundan sonra onun ad-soyadı rəsmi sənədlərdə "Şeyma Alsaloussi" kimi qeyd olunacaq.
Xatırladaq ki Şeyma Subaşı Türkiyə şou aləmində də kifayət qədər tanınır. O, 2008-də "Miss Turkey" yarışmasına qatılıb.
Bundan əlavə, 16 yaşından müxtəlif moda müsabiqələrinə iştirak edib, özünün moda markasını yaradıb.
Ləman
MİA.AZ