Dövlət başçısı otelin rəmzi açılışını bildirən lenti kəsib, burada yaradılan şəraitlə tanış olub. Məlumat verilib ki, altımərtəbəli otel 102 otaqdan ibarətdir. Otaqlardan 82-si "Delux”, 9-u "Suite”, 8-i "King-suite”, 3-ü isə "Presidential suite”dir. Burada 450 nəfərlik şadlıq sarayı, 2 restoran, 8 bar, 200 nəfərlik konfrans zalı, 30 nəfərlik toplantı otağı, anfiteatr, lüks gecə klubu, uşaq əyləncə guşəsi, "SPA” mərkəzi və s. vardır.
Dövlət başçısı otelin kollektivi ilə görüşüb.