Sudanda Türkiyənin C-130 təyyarəsinə atəş açılıb.
Mia.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, hərbçilərlə polis qüvvələri arasında baş verən toqquşmaya görə ölkədən çıxarılan türk vətəndaşlaırnın təxliyəsi zamanı bilinməyən qüvvələr tərəfindən təyyyarə avtomat silahlarla atəşə tutulub: "Hadisə zamanı ölən və yaralanan olmayıb. Təxliyə uğurla başa çatdırıb".
Məlumata görə, artıq təxliyə olunan 170 türk sağ-salamat vətənə dönüb.
Lamiyə
Mia.az