Prezident Ərdoğanla Rusiya prezidenti Putin arasında telefon danışığı olub.

Mia.az Haberturk TV-yə istinadla xəbər verir ki, Prezident Ərdoğanın Putinlə telefon danışığında Rusiya-Ukrayna müharibəsindəki vəziyyət, o cümlədən "taxıl dəhlizi" ilə bağlı danışıqlar çərçivəsində  görülən işlər müzakirə olunub.

Prezident Ərdoğan  Rusiya prezidenti Putinə bu gün İlk Nüvə Yanacağının Təqdimat Mərasiminin keçiriləcəyi Akkuyu Atom Elektrik Stansiyasına verdiyi töhfələrə görə təşəkkür edib.

Samir

MİA.AZ