Laçın-Xankəndi yolundakı sərhəd-buraxılış məntəqəsində Azərbaycan Bayrağının qaldırılma mərasimi keçirilib.

Mia.az xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin polkovniki, Vətən Müharibəsi Qəhrəmanı Babək Ələkbərov Azərbaycanın Prezidenti İlham Əliyevə məruzə edib:

“Möhtərəm Prezident, cənab Müzəffər Ali Baş Komandan, məruzə edirəm ki, tapşırığınıza uyğun olaraq, Azərbaycan-Ermənistan dövlət sərhədində, Həkəri çayının üzərindəki körpünün üstündə fəxarət rəmzimiz olan üç rəngli dövlət bayrağımız dalğalanmaqdadır. Bununla da Vətən sərhədlərinin bütövlüyü təmin olunmuşdur.

Yaşasın Azərbaycan, yaşasın Ali Baş Komandan! Qarabağ Azərbaycandır!”

Qeyd edək ki, 22 aprel tarixində Azərbaycan Ermənistan ilə sərhəddə - Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurub

Lamiyə

MİA.AZ