Hülya Avşarın uzun fasilədən sonra ekrana qayıtdığı “Ulduz de mənə" yarışmasının ömrü qısa çəkib.
Mia.az xəbər verir ki, reytinqlərdə arzulanan uğuru qazana bilməyən yarışma üçüncü bölümü ilə ekranla vidalaşıb.
"Kanal D" telekanalında Hülya Avşar, Zəfər Algöz, Hamdi Alkan, Büşra Pekin və Tansel Öngelin iştirak etdiyi yarışma 3 həftə əvvəl yayımlanmağa başlayıb.
Türkiyə mətbuatı yazır ki, istedad axtarışına start verən müsabiqənin birinci hissəsi canlı yayımlanıb. Digər iki bölüm üçün də reklamalara böyük pullar xərclənsə də, gözlənilən effekt alınmayıb.
Ləman
Mia.az