Səbael rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərovun müavini Yavər Allahverdiyevin qəza törətməsi və nəticədə 2 nəfərin ağır yaralanması, 1 nəfərin isə ölümünə səbəb olması haqda yayılan xəbər təkzib edilib.

Rayon İcra Hakimiyyətindən Mia.az-a verilən məlumata görə, deyilənlər yalandır: "Bu gün elektron informasiya vasitələrində Səbail rayon İcra Hakimiyyəti Başçısının müavini Yavər Allahverdiyev tərəfindən ölümlə nəticələnən qəza törədilməsi barədə verilən məlumatlarla bağlı bildiririk ki, bu məlumatlar yalandır və həqiqətə uyğun deyildir".

İcra Hakmiyyətindən bildirilib ki, qəza hadisəsini törədən şəxs saxlanılıb və hazırda istintaq aparılır.