Dünya şöhrətli müğənni Mayli Sayrusdan geyimini təqlid edən türkiyəli müğənni Gülşənin Ramazan bayramı konsertində geyindiyi paltar marağa səbəb olub.

Mia.az TV8 telekanalına istinadla xəbər verir ki, məşhur müğənni son konstertində geyindiyi geyimi Amerikadan sifariş edib.

Məlumata görə, o, uzun qara dona 56 min tl (2350 dollar, əlcəyə isə 14 min tl (800 dollar) xərcləyib: "Gülşən bu dəfə də sevənlərini təəccübəndirmədi. O, yenə də Mayli Sayrusun geyiminə bənzər geyimlə səhnəyə çıxdı. O, təkcə dona və əlcəyə 70 min lirə xərcləyib...".

Ləman

MİA.AZ