"Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Basarkeçər rayonunun Zod istiqamətində açılan atəş nəticəsində erməni hərbi qulluqçusunun ölməsi barədə Ermənistan mətbuatında yayılan məlumat yalandır, dezinformasiya xarakteri daşıyır".

Mia.az xəbər verir ki, bu barədə Azərbaycanın Müdafiə Nazirliyi məlumat yayıb: "Bu xəbəri qəti surətdə təkzib edirik".