Türkiyənin məşhur müğənnisi Gülşən aylardır "gizləndiyi yuvası"ndan çıxıb.

Mia.az xəbər verir ki, qısa müddətli həbsindən sonra gündəmdən çəkilən müğənni bu gün yeni paylaşım edib.

O, "İnstagram"dakı səhifəsində yeni konsertinin anonsunu verərək, pərəstişkarları ilə tezliklə görüşəcəyini bəyan edib: "Az qaldı..."

Türkiyə mətbuatı yazır ki, Gülşən Ramazan bayramının ilk günü İstanbulda konsert verəəck, ikinci günü isə Kiprə gedərək orada planlanan tədbrini keçirəcək.

Yeri gəlmişkən, bu vaxta qdəər Şimali Kiprdə olduğu deyilən Gülşənin adı bir ara deputatlığa namizədlik məsələsində hallansa da, o, vıkili vasitəsi ilə bu xəbəri yalanlaadı.

Xatırladaq ki, müğənni ötən il konsert zamanı birini nəzərdə tutaraq "İmam Hatipdə oxuyub, cinsi təcavüzə meylliyi oradan gəlir”- ifadəsinə görə həbs edilmişdi.

Ləman

MİA.AZ