İndoneziyanın məşhur Bali adasında müqəddəs sayılan ağaca çıxaraq çimərlik paltarında foto çəkdirən rusiyalı turist ölkədən deportasiya edilib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, rusiyalı turist Luiza Kosıx yerli əhali tərəfindən müqəddəs hesab edilən və buna görə xüsusi qorunan 700 yaşlı ağacın önündə və budaqlarında çimərlik geyimində bir neçə şəkil çəkdirib.
Məlumata görə, Kosıxun 700 illik ağacın qarşısında bu cür geyimdə pozalar verməsi yerli hindu əhalisini qəzəbləndirib.
Məsələyə müdaxilə edən ölkənin miqrasiya idarəsi onu saxlayıb.
Bir neçə gün həbsdə qalan rusiyalı turist daha sonra 5 illlik deportasiya qərarı ilə Moskvaya yola salınıb.
Ləman
MİA.AZ