2019-cu ildə keçirilmiş əhalinin siyahıyaalınmasının nəticəsi əsasında Azərbaycanda yenidən hesablanmış əhalinin sayı 2023-cü il mart ayının 1-i vəziyyətinə 10 135 373 nəfər təşkil edib.
Mia.az Statistika Komitəsinə istinadla bildirir ki, bir kvadrat kilometrə düşən əhalinin sayı 117 nəfər olmuşdur.
Əhalinin 54,6 faizini şəhər, 45,4 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir. Hazırda orta hesabla hər 1000 kişiyə 1010 qadın düşür.