Bir neçə gün əvvəl deputat Adil Əliyevin Qirğızıstanda keçirilən Heydər Əliyev kubokunun nəticələri ilə bağlı Azərbaycan cəmiyyətinə yalan məlumat verməsi haqda bəzi saytlarda yayılan xəbərlərə qarşı tərəfdən sərt cavab gəlib.
Mia.az xəbər verir kii, federasiya prezidenti, deputat Adil Əliyev həm bu, həm də jurnalist Fərahim İlqaroğlunun döyülməsində yenidən adının hallandırılmasına aydınlıq gətirib.
Mia.az deputatın Facebook-dakı cavabını olduğu kimi təqdim edir:
"Yaxından və uzaqdan məni tanıyan insanlar həyatdakı amalımdan xəbərdardılar: başlıca amalım insanlara kömək etmək, ehtiyacı olanlara əl tutmaq, dövlətim və cəmiyyətim üçün xeyirli işlər görməkdir. İntriqalarda, kimisə qaralama kampaniyalarında iştirak etmirəm, kiminsə arxasınca danışmıram, nəyəsə və ya kiməsə etirazım varsa, bunu açıq şəkildə dilə gətirirəm. Bunları indi nəyə görə deyirəm? Məsələ burasındadır ki, mətbuatda çox görünməyi, yeri gəldi-gəlmədi açıqlama və müsahibə verməyi xoşlamıram. Çünki, əməl adamıyam. Əməlimə görə mənə qiymət verilməsini istəyirəm. Ancaq görürəm ki, bəziləri bunu yanlış qiymətləndirir, haqqımda dedi-qodu, yalan xəbərlər yaymağa çalışırlar. Ona görə də iki məsələyə aydınlıq gətirməyə qərar verdim.
İkinci məsələyə də toxunmaq istərdim. Mayın 2-də Qırğızıstanın paytaxtı Bişkəkdə ümummilli lider Heydər Əliyevin 91 illik yubileyinə həsr olunmuş kikboksinq üzrə turnir təşkil etdik. Bu haqda mətbuatda informasiyalar yayılıb. Çox maraqlı turnir keçdi və 6-6 hesablı bərabərlik qeydə alındı. Soruşa bilərsiniz ki, bu turniri niyə məhz Qırğızıstanda keçirməyə qərar verdik? Federasiyamız Mərkəzi Asiya ölkələri ilə sıx əlaqələr qurmağa çalışır. Qırğızıstan isə Mərkəzi Asiya ölkələri içərisində kikboksinq idmanı üzrə irərilədir. Digər tərəfdən, Qırğızıstan bizə qardaş ölkədir, bu ölkədə isə insanların həyat şəraiti ağırdır. Düşündük ki, qırğız qardaşlarımızın mürəkkəb iqtisadi və sosial dövründə idman yarışı keçirməklə onlara bir növ əl tutaq, turnir keçirib qırğız idmançılarına dəstək olaq. Özləri də bizə deyirdilər ki, öz gücləri hesabına belə möhtəşəm turnir keçirə bilməzdilər. İndi görün bütün bunların müqabilində mənə qarşı qaralama kampaniyasına start verən bəzi üzdəniraq saytlar nə cızmaqaralar yazıblar? Guya Bişkəkdəki turnirdə hesab 7-6 Qırğızıstan idmançılarının xeyrinə bitib və guya mən ictimaiyyətə doğru olmayan informasiya vermişəm.
Yalan, yalan, yenə də yalan! Və bu yalan xəbərin özünü yalanlamaq üçün Qırğızıstanın Kikboksinq Federasiyasına yazılı müraciət etdim ki, qaralama kampaniyasının iştirakçılarını və onlara "informasiya” dəstəyi verənləri sənədlə ifşa edim.
Bişkekdən Federasiyamıza göndərilən sənədi Sizin diqqətinizə çatdırıram. Zəhmət olmazsa, sənədi diqqətlə oxuyun və turnirdə hesabın məhz 6-6 bitdiyinə bir daha əmin olun. Bu, yoldaşlıq görüşü idi, mənim nə marağım var ki, real hesabı ictimaiyyətdən gizlədim? İndiki zamanda yarışın nəticəsini gizlətmək olar?
Mən Federasiyamızın imkanları çərçivəsində xarici ölkələrdə yarışlar keçirir, dövlətimin, xalqımın idman potensialını dünyada tanıtdırmağa çalışıram, gözü bizim uğurlarımızı götürməyənlər isə bunu qoyur kənara, mənimlə şəxsiqərəzlik aparmaq fikrinə düşür. Belələrinə ancaq bir sözüm var: mənim sizə yazığım gəlir:
Rəsmi fakt:
