Bu gün 126 gündür Qarabağ iqtisadi rayonunda sülhməramlıların müvəqqəti yerləşdiyi ərazilərdə ermənilərin ekoloji terroruna qarşı fasiləsiz aksiya davam edir.
Mia.az xəbər verir ki, azərbaycanlılar həmişəki kimi, terrorun dayandırılması və ərazidə monitorinq aparılmasına şərait yaradılmasını tələb edirlər.
Xatırladaq ki, Laçın yolu humanitar məqsədlər üçün tam açıqdır.
Bu gün saat 10.00 radələrində sülhməramlıların 4 maşını Xankəndidən Laçın istiqamətinə maneəsiz hərəkət edib.
***
Saat 13.15-ə olan məlumata görə, sülhməramlıların daha 68 maşını aksiyanın olduğu ərazidən keçib.
Bununla da Laçın yolunda maneəsiz hərəkət edən sülhməramlıların maşınlarının sayı 72-yə çatıb.
***
Saat 17.40-a olan məlumata görə, sülhməramlıların daha 20 maşını aksiyanın olduğu ərazidən keçib.
Bununla da Laçın yolunda maneəsiz hərəkət edən sülhməramlıların maşınlarının sayı 92-yə çatıb.
Zülfiyyə
Mia.az