Bu gün Qarabağ iqtisadi rayonunda sülhməramlıların müvəqqəti yerləşdiyi ərazilərdə ermənilərin ekoloji terroruna qarşı fasiləsiz aksiyadan 125 gün ötür.
Mia.az xəbər verir ki, azərbaycanlılar həmişəki kimi, terrorun dayandırılması və ərazidə monitorinq aparılmasına şərait yaradılmasını tələb edirlər.
Xatırladaq ki, Laçın yolu humanitar məqsədlər üçün tam açıqdır.
Bu gün saat 09.30 radələrində erməni ailələr Beynəlxalq Qızıl Xaç Komitəsinə aid 9 maşınla Xankəndidən aksiyanın olduğu ərazidən keçməklə Ermənistana gediblər.
***
Bu gün saat 11.25-ə olan məlumata görə, sülhməramlıların 11 maşını Xankəndi-Laçın yolunda hər iki istiqamətə maneəsiz hərəkət edib.
***
Saat 14.00-a olan məlumata görə, sülhməramlıların daha 50 maşını aksiyanın olduğu ərazidən keçib.
Bununla da Laçın yolunda maneəsiz hərəkət edən sülhməramlıların maşınlarının sayı 61-ə çatıb.
***
Bu gün saat 16.00 radələrində Ermənistandan Xankəndinə Beynəlxalq Qızıl Xaç Komitəsinə aid daha 14 maşın Xankəndinə keçid edib.
Samir
Mia.az