Avrasiya Araşdırma Təşkilatı Türkiyədə keçiriləcək prezident və parlament seçkiləri ilə bağlı yeni sorğu keçirib.
Mia.az xəbər verir ki, bu barədə təşkilatın sədri Kamal Özkiraz "Yutub"da yayımlanan "23 dərəcə" kanalında rəqəmləri açıqlayıb.
Təşkilat sədri deyib ki, parlament seçkilərində Ərdoğanın lideri olduğu AKP cüzi səs üstünlüyü ilə qutudan birinci çıxacaq. Ancaq təşkilatın sorğusuna görə, prezident seçkilərində vəziyyət fərqli olacaq. Belə ki, Ərdoğan Kılıçdaroğluna elə ilk turda da uduzacaq.
Beləliklə, parlament seçkiləri ilə bağlı respondentləri rəyi belə olub:
AK Partiya: yüzdə 34,4
CHP: yüzdə 33,3
HDP: 9,5 faiz
İYİ Partiya: 9,2 faiz
MHP: 6,8
Məmləkət 3,6 faiz
Digər: 3,2 faiz
Prezident seçkiləri ilə bağlı anketin nəticəsi isə belə olub:
Kamal Kılıçdaroğlu: 50,9
Rəcəb Tayyib Ərdoğan: 42,3 faiz
Muharrem İnce: 4,8 faiz
Sinan Oğan: 2 faiz.
Zülfiyyə
MİA.AZ