Prezident İlham Əliyev bu gün daha bir sərəncam imzalayıb

Mia.az xəbər verir ki, sərəncama əsasən, Əziz Əşrəf oğlu Şərifov Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədr müavini vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Əziz Əşrəf oğlu Şərifov 9 sentyabr 1969-cu ildə Füzuli rayonunda anadan olub. 1993-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetini bitirib. Bakı Dövlət Universitetində, Azərbaycan Dövlət Pedaqoji Universitetində, Azərbaycan Respublikasının Hesablama Palatasında müxtəlif vəzifələrdə çalışıb. 4 iyun 2018-ci il tarixdə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Maliyyə və təminat şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

2013-cü ildə namizədlik dissertasiyasını müdafiə edərək iqtisad üzrə fəlsəfə doktoru adını alıb.

13 iyun 2019-cu ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilib.

Ailəlidir, iki övladı var.