Prezident İlham Əliyev bu gün daha bir fərman imzalayıb.

Mia.az xəbər verir ki, yeni fərmana əsasən, 23 dekabr 2019-cu il tarixli fərmanı ilə təsdiq edilmiş “Elektron kənd təsərrüfatı” informasiya sistemi (EKTİS) haqqında Əsasnamə” də dəyişiklik olunub.

Bundan sonra karantin rejiminin tətbiqi və ya zərərli orqanizmlərin ləğvi, xüsusi təhlükəli heyvan xəstəliklərinin profilaktikası, diaqnostikası, müalicəsi və ləğvi ilə əlaqədar heyvanların, heyvan mənşəli məhsulların və xammalın məhv edilməsi, emalı və ya təkrar emalı məqsədilə götürülməsi və ya götürülmədən məcburi zərərsizləşdirilməsi, habelə həmin xəstəliklər nəticəsində hüquqi və fiziki şəxslərə dəymiş maddi ziyanın əvəzinin ödənilməsi barədə məlumatlar EKTİS-ə daxil ediləcək.