"ABŞ məlum videoda əksini tapan Azərbaycan əsgərinə qarşı Ermənistanda törədilmiş zorakılığa görə çox narahatdır".
Mia.az xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi məlumat yayıb.
Səfirlik daha sonra Azərbaycan və Ermənistanı bütün məsələləri sülh danışıqları yolu ilə həll etməyə çağırıb.
Xatırladaq ki, Azərbaycan Ordusunun əsgərləri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu bir neçə gün öncə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda yolu azaraq Ermənistana keçiblər. Bu zaman onları əsir alanlar zorakılıq edib, əsgərlərimizə işgəncələr veriblər.
Bu barədə XİN və digər qurumlar beynəlxalq təşkilatlara müraciət edib.
Lamiyə
Mia.az