Məşhur astroloq Meral Akçaner Türkiyədəki seçkilərələ bağlı sensasiyalı açıqlamalar verib.

Mia.az xəbər verir ki, o, Tviter-dəki hesabında prezidentliyə namizədlərdən birin seçkiyə 5 gün qalmış öləcəyini iddia edib: "Mən kəhanətimə inanır, sözümün arxasındayam, bir namizədin ölümü ilə ölkənin taleyi dəyişəcək".

Astroloq həmin namizədin adını aprelin 27-də açıqlayacağını deməklə, Türkiyə toplumunda böyük bir müzakirəyə yol açıb.

Maraqlı budur ki, bu proqnozunun "tozanağı yatmamış" astroloq az əvvəl 14 may seçkisində qalib gələcəyii açıqlayıb: "Mən bunu indi açıq şəkildə gördüm. 14 May gecəsi cənab Kamal Kılıçdaroğlunun balkon çıxışı etdiyini gördüm. Hər kəsə uğurlar".

Zülfiyyə

Mia.az