DSP lideri Öndər Ağsakal dünən infarkt nəticəsində dünyasını dəyişən müavini Əhməd Murat Özbilgenin dəfn mərasimində gözlənilməz etirazla üzləşib.
Mia.az Türkiyə mediasına istinadla xəbər verir ki, prezident Ərdoğanı dəstəklədiyi üçün AKP-nin siyahısı ilə İstanbulda deputatlığa namizədliyi irəli sürülən Öndər Ağsakala yasda qəfildən bir nəfər "satqın" deyib, partiyasını mandata satmaqda ittiham edib.
Bu barədə sosial şəbəkədə yayılan qısa videodan (https://www.youtube.com/shorts/xIDBV-tyLog) görünür ki, bir nəfər “Partiyanı 3 mandata satdın” deyərək, Ağsakalı uca səslı qınayıb.
Bir anlıq durğunluqdan sonra partiya sədri nəhayət, özünü toparlayaraq "Axmaq, hərif adam" deyə etirazçıya cavab verib.
Samir Musayev
MİA.AZ