AK Partiyanın siyahısı ilə 5-ci dəfə deputatlığa namizədliyi qəbul olunmayan məşhur müğənni İbrahim Tatlısəs bu gün daha bir açıqlama verib.
Mia.az xəbər verir ki, məşhur müğənni sosial şəbəkədə ona ünvanlanan "5-ci dəfə sizə "yox" deyildi. Yetməzmi?" sualına Ərdoğanla illər əvvəl çəkilmiş fotosunu əlavə edərək, belə cavab verib: "Biz bu tablonun aşiqləriyik. Başqa bir şey məni maraqlandırmır. Mən millət vəkili olmuşum, olmamışım problem deyil. Mənim hər zaman cənab prezidentin yanında bir kreslom vardır. Bu da belə bilinə...".
Xatırladaq ki, bundan əvvəl o, namizəd ola bilməməsinə belə reaksiya verib: "Mənim məsələm Türkiyə! Mənim məsələm Urfa! Mənim məsələm Ərdoğan...".
Xatırladaq ki, bundan əvvəlki 4 seçki dönəmində də AK Partiyadan millət vəkili namizədliyi üçün müraciət edən, lakin hər dəfə də son anda "ələk"dən keçməyən İbrahim Tatlısəs 5-ci dəfə deputatlığa namizədlik üçün müraciət edərkən "mən Şanlıurfaya xidmətt edəcəyəm, buraya yeni nəfəs gətirəcəyəm. Söz verirəm, Şanlıurfanın problemlərini cəsarətlə dilə gətirəcəyəm", - deyə bəyan edirdi.
Ləman
MİA.AZ