Bu gün 121 gündür Qarabağ iqtisadi rayonunda sülhməramlıların müvəqqəti yerləşdiyi ərazilərdə ermənilərin ekoloji terroruna qarşı fasiləsiz aksiya davam edir.
Mia.az xəbər verir ki, azərbaycanlı ekofəallar hər zaman olduğu kimi, bu gün də eyni tələbi səsləndirir: ekoloji terrorun dayandırılması və ərazidə monitorinq aparılmasına şərait yaradılması.
Xatırladaq ki, Laçın yolu humanitar təyinatlar üçün tamamilə açıqdır.
Bu gün saat 12.45-ə olan məlumata görə, sülhməramlıların 26 maşını Xankəndi-Laçın yolunda maneəsiz hərəkət edib.
***
Saat 17.36-ya olan məlumata görə, sülhməramlıların daha 51 maşını Xankəndi-Laçın yolunda maneəsiz hərəkət edib. Bununla da Laçın yolunda maneəsiz hərəkət edən sülhməramlıların avtomobillərinin sayı 77-yə çatıb.
Lamiyə
MİA.AZ