Dövlət İqtisad Universitetində keçmiş rektor, deputat Şəmsəddin Hacıyevin yaxın ətrafına qarşı yeni rektor Ədalət Muradovun həmləsi davam edir.

 Bu barədə Mia.az-a daxil olan məlumata görə, yeni rektor bu dəfə universitetin Dərbənd filialının direktoru, professor Rövşən Göyüşovu vəzifəsindən uzaqlaşdırmaq istəyir: «Ədalət Muradov ilk gündən buna çalışsa da, Rövşən Göyüşovun Dağıstan və Azərbaycan hakimiyyətində müəyyən nüfuzlu şəxslərlə isti münasibətləri rektorun istəyini gerçəkləşdirməyə imkan vermədi. Amma Ədalət Muradov yeni tədris ilinə qədər adı bir çox ciddi qalmaqal və qanunsuzluqlarda hallanan direktorla yollarını ayırmaq haqda qəti qərarını verib».

Mia.az-a daxil olan məlumata görə, Rövşən Göyüşovun barəsində çox ciddi qanun pozuntuları var: «O, hətta adı hərbi xidmətdə gedən uşağı filiala tələbə kimi qəbul etdirib. Bir il sonra isə keçmiş rektor Şəmsəddin Hacıyevlə birlikdə həmin tələbəni Bakıya – Dövlət İqtisad Universitetinin uyğun ixtisas fakültəsinə köçürülməsi də təmin edilib. Belə faktlar direktor və keçmiş rektor Şəmsəddin Hacıyev haqda çoxdur».

 Məsələylə bağlı direktorun münasibətini öyrənə bilmədik. Onu da dinləməyə hazırıq.

Mia.az