Qarabağ iqtisadi rayonunda sülhməramlıların müvəqqəti yerləşdiyi ərazilərdə ermənilərin ekoloji terroruna qarşı fasiləsiz aksiyadan bu gün 119 gün keçir.

Mia.az xəbər verir ki, bu gün azərbaycanlılar ənənəvi tələbləri səsləndirir: ekoloji terrorun dayandırılması və ərazidə  monitorinq aparılmasına şərait yaradılması.

Xatırladaq ki, Laçın yolu humanitar təyinatlar üçün tamamilə açıqdır.

***

Bu gün saat 11.00-a olan məlumata görə, sülhməramlıların 11 maşını Xankəndi-Laçın yolunda maneəsiz hərəkət edib. 

***

Saat 19.50-yə olan məlumata görə, sülhməramlıların daha 38 maşını yolda maneəsiz hərəkət edib. Bununla da bu gün Laçın yolunda maneəsiz hərəkət edən sülhməramlıların avtomobillərinin sayı 49-a çatıb.

Lamiyə

MİA.AZ