Bu gün Qarabağ iqtisadi rayonunda sülhməramlıların müvəqqəti yerləşdiyi ərazilərdə ermənilərin ekoloji terroruna qarşı fasiləsiz aksiyadan 118 gün ötür.
Mia.az xəbər verir ki, bu gün azərbaycanlılar ənənəvi tələbləri səsləndirir: ekoloji terrorun dayandırılması və ərazidə monitorinq aparılmasına şərait yaradılması.
Xatırladaq ki, Laçın yolu humanitar təyinatlar üçün tamamilə açıqdır.
Bu gün saat 9.00 radələrində bir qrup erməni ailələri Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) aid 10 maşında Xankəndidən aksiyanın keçirildiy ərazidən keçməklə Ermənistana gediblər.
Bu gün saat 16.00-a olan məlumata görə, sülhməramlıların 45 maşını Xankəndi-Laçın yolunda maneəsiz hərəkət edib.
***
Saat 19.35-ə olan məlumata görə, sülhməramlıların daha 22 maşını Xankəndi-Laçın yolunda maneəsiz hərəkət edib. Bununla da Laçın yolunda maneəsiz hərəkət edən sülhməramlıların avtomobillərinin sayı 67-ya çatıb.
Lamiyə
MİA.AZ