Türkiyədə səfərdə olan Rusiya XİN başçısı Sergey Lavrov bu gün Ankarada həmkarı Mövlud Çavuşoğlu ilə mətbuat konfransında Türkiyədəki seçkilərlə bağlı maraqlı suala elə maraqlı cavab verib.
Mia.az xəbər verir ki, jurnalistlərdən biri Lavrova "Rusiya 14 mayda keçiriləcək seçkilərdə kimi dəstəkləyəcək" sualı ünvanlayıb.
Rusiya XİN başıçısı bu suala cavabda Qərbə replika ataraq deyib: "Məni heç kimlə qarışdırmamısınız, eləmi? Rusiya heç bir ölkənin daxili işlərinə qarışmır. Biz seçki proseslərinin bir hissəsi deyilik. Bu, hər bir suveren ölkənin daxili məsələsidir".
Lamiyə
MİA.AZ