Məşhur müğənni Şakira ilə boşanan "Barselona"nın oyunçusu Gerard Pikenn yeni nişanlısı barədə sensasiyalı iddia yayılıb.
Mia.az xəbər verir ki, bu barədə İspaniyanın "Sport" nəşri yazıb.
Nəşr Çianın Pikeyə xəyanət etdiyini iddia edib:
"O, Pikeyə Pep Qvardiola ilə xəyant edib".
Nəşrin məlumatına görə, Pikenin nişanlısı Qvardiola ilə uşaqlarının getdiyi məktəbdə tanış olub və getdikcə münasibətlər sevgi həddinə çatıb.
Xatırladaq ki, ötən ay Pikenin Çia ilə toya hazırlaşması barədə xəbər yayılıb.
Həmin xəbərdə qeyd olunurdu ki, 2010-cu ildən evli və uşaqları olan Şakira ilə Pikeni bir-birindən futbolçunun anası ayırıb.
İddiaya görə, Pikeyə yeni ailə quracağı xanımı, yəni, Çianı anası "tapıb".
Fərid
Mia.az