Türkiyə mayın 14-də keçiriləcək prezident və parlament seçkilərində kilidləndiyi bir ərəfədə Ankarada diqqətçəkən hadisələr yaşanıb.

Mia.az xəbər verir ki, dünən “Milli İttifaq”ın prezidentliyə namizədi Kamal Kılıçdaroğlu qatıldığı televiziya proqramında prezidentliyə namizəd Məhərrəm İncə ilə görüşərək ona anlaşmaq üçün təkliflər verildiyini, ancaq İncənin bu təklifi qəbul etmədiyini bildirib. 

Bu açıqlamadan sonra çoxluq İncənin az əvvəl "mənə heç bir təklif olunmayb" bəyanatına diqqət edərək, onun  niyə yalan danışmasını müzakirə etməyə başlayıb.

Maraqlı budur ki, AKP və İncə düşərgəsi Kılıçdaroğlunun ehtiyatlı ifadələrlə doğru danışmadığını dilə gətirir, lakin CHP bunu təsdiqləyib.

Hətta yayılan məlumata görə, Kılıçdaroğlu İncəyə təhsil naziri və 4 deputat yeri təklif edib.

İddiaya görə, Kılıçdaroğlunun təlimatı üzrə İncə ilə sabiq mədəniyyət və dövlət naziri Fikri Sağlar görüşüb və ona təklifləri verib. 

Sabiq nazir də bu açıqlamanı "Tvitter"dəki paylaşımları ilə təsdiqləyib.

Onun bu mövzu ilə bağlı ard-arda paylaşımlaırnı təqdim edirik:

Zülfiyyə

Mia.az