Qarabağ iqtisadi rayonunda sülhməramlıların müvəqqəti yerləşdiyi ərazilərdə ermənilərin ekoloji terroruna qarşı fasiləsiz aksiyadan 116 gün keçir.

Mia.az xəbər verir ki, azərbaycanlı ekofəallar ekoloji terrorun dayandırılması ilə bərabər, ərazidə  monitorinq aparılmasına şərait yaradılmasını tələb edirlər.

Xatırladaq ki, Laçın yolu humanitar təyinatlar üçün tamamilə açıqdır.

Bu gün saat 10.17-yə olan məlumata görə, sülhməramlıların 6 maşını Xankəndi-Laçın yolunda maneəsiz hərəkət edib.

***

Saat 13.01-ə olan məlumata görə, sülhməramlıların daha 35 maşını Xankəndi-Laçın yolunda maneəsiz hərəkət edib. Bununla da Laçın yolunda maneəsiz hərəkət edən sülhməramlıların avtomobillərinin sayı 41-ə çatıb.

***

Saat 14.31-ə olan məlumata görə, sülhməramlıların daha 39 maşını Xankəndi-Laçın yolunda maneəsiz hərəkət edib. Bununla da Laçın yolunda maneəsiz hərəkət edən sülhməramlıların avtomobillərinin sayı 80-ə çatıb.

***

Saat 19.01-ə olan məlumata görə, sülhməramlıların daha 11 maşını Laçın yolunda sərbəst hərəkət edib. Bununla da yola maneəsiz hərəkət edən sülhməramlıların avtomobillərinin sayı 91-ə yüksəlib.

Lamiyə

Mia.az