Türkiyədə müxtəlif film və seriallarda rol alan məşhur aktyor Mehmet Aslantuğun deputatlığa namizədliyi irəli sürülüb.

Mia.az xəbər verir ki, fevralın 6-da baş verən zəlzələdə məmurların yarıtmaz əməlləri barədə paylaşımlarına görə TRT-də yayımlanan "Yürek Çıkmazı" serialından uzaqlaşdırılan ustad aktyor Türkiyə İşçi Partiyasına (TİP) üzv olması barədə açıqlamalar verib.

O, Türkiyədə yerli TV-lərin birinə açıqlamasında deyib kİ. TİP-də bir çox sənət dostları təmsil olunur: "Onlarla söhbət məni həzz verirdi. Belə bir anda deputatlığa namizədlik təklifi gəldi və açığı, artıq siyasətdən kənarda qala bilməyəcəyimi anlayaraq, qəbull elədim".

Mehmet Aslantuğ deyib ki, Türkiyə indi tamamilə fərqli sınaqdan keçir, bu, aydındır: "Məni siyasətə çəkən də məhz bu məsuliyyətdir. Artıq illərdir bunu hiss edirəm. Biz bu ölkəni sevirik, qardaş. Heç kim bunun əksini iddia edə bilməz".

Ləman

Mia.az