İspaniyanın məşhur aktrisasın Ana Obreqon 3 il əvvəl vəfat edın oğlunun sperması ilə daşıyıcı (Surroqat) ana olub.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, 68 yaşlı aktrisanın bu addımı ölkə gündəmini silkələyib. 

İspaniyada surroqat ana olmaq qadağan olunduğundan aktrisa oğlundan olan körpəsini ABŞ-da dünyaya gətirib.

Surroqat analığı qadağan edən İspaniya hökuməti ABŞ-da qızı olduğunu açıqlayan Obreqona sərt reaksiya verib.

Aktrisa isə ispan hökumətinin sərt etitrazına məhəl qoymayaraq "İnstaqram"da körpəsi ilə qucağında çəkdirdiyi şəklin altına "Qaranlığıma sevgi dolu bir işıq doğdu. Bir daha heç vaxt tək olmayacağam. Yenidən həyatdayam"" şərhini yazıb.

Xatırladaq ki, məşhur aktrisa və aparıcının yeganə övladı olan oğlu 2020-ci ilin may ayında xərçəng xəstəliyindən vəfat edib.

Samir

MİA.AZ