Bu gün 115 gündür Qarabağ iqtisadi rayonunda sülhməramlıların müvəqqəti yerləşdiyi ərazilərdə ermənilərin ekoloji terroruna qarşı fasiləsiz aksiya keçirilir.
Mia.az xəbər verir ki, bu gün də azərbaycanlı ekofəallar qeyd edilən ərazidə terrorun dayandırılması və monitorinq aparılmasına şərait yaradılmasını tələb edirlər.
Xatırladaq ki, Ermənistanın yalan təbliğatına baxmayaraq, Laçın yolu humanitar təyinatlar üçün tamamilə açıqdır.
****
Bu gün saat 09.47-yə ollan məllumata görə, Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) aid çində erməni ailələri olan 9 avtomobil Xankəndidən Laçın yolu ilə Ermənistana yollanıb.
***
Bu gün saat 10.07-yə olan məlumata görə, sülhməramlıların 16 maşını Xankəndi-Laçın yolunda maneəsiz hərəkət edib.
***
Saat 13.25-ə olan məlumata görə, sülhməramlıların daha 41 maşını Xankəndi-Laçın yolunda maneəsiz hərəkət edib. Bununla da Laçın yolunda maneəsiz hərəkət edən sülhməramlıların avtomobillərinin sayı 57-yə çatıb.
***
Saat 16.45-də Beynəlxalq Qızıl Xaç Komitəsinə aid daha 9 maşın isə Xankəndinə yollanıb.
***
Saat 18.32-yə olan məlumata görə, sülhməramlıların daha 38 maşını Xankəndi-Laçın yolunda maneəsiz hərəkət edib. Bununla da Laçın yolunda maneəsiz hərəkət edən sülhməramlıların avtomobillərinin sayı 95-ə çatıb.
Lamiyə
Mia.az