Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təşəkkür edib.
Mia.az xəbər verir ki, dövlət başçısı bununla bağlı sosial media hesabında paylaşım edib.
Paylaşımda deyilir: "Təşəkkür edirəm, Əziz Qardaşım. Amin! TOGG Sizin liderliyiniz altında qardaş Türkiyənin elmi-sənaye potensialının inkişafının daha bir bariz nümunəsidir".
Qeyd edək ki, Ərdoğan Prezident İlham Əliyevə bu gün təqdim olunan Togg”la bağlı paylaşım edib.
Mia.az xəbər verir ki, paylaşımda deyilir: “Qardaşım İlham Əliyev də Türkiyənin qüruru “Togg”u təhvil alıb. Xeyirli olsun. Allah gözəl günlərdə istifadə etməyi qismət etsin, qardaşım”.
Mia.az