Receb İvedik kimi tanıdığımız məşhur komediya ustası Şahan Gökbakar 8 yaşlı qızı efirə çxıararaq duyğularla oynayan Nihat Hatipoğlundan şikayətlənib.
Mia.az xəbər verir ki, bu barədə o, sosial şəbəkədəki hesabında paylaşım edib.
Şahan Gökbakar Nihat Hatipoğlunun ATV-də yayımlanan verilişində azyaşlı bir qızın ağlaya-ağlaya "atam bizi atıb gedib, ona görə oruc tuturam ki, o, geri qayıtsın" sözlərinə etiraz edib.
Aktyor bildirib ki, Türkiyə Radio və Televizya Üst Qurumu (RÜTK) bu məsələyə reaksiya verməlidir: "Bu, çox açıq şəkildə uşaq istismarıdır. Bu uşağa bunu etməyə kimsənin haqqı yoxdur. RTÜK buna necə icazə verir?".
Mia.az