Bu gün Qarabağ iqtisadi rayonunda sülhməramlıların müvəqqəti yerləşdiyi ərazilərdə ermənilərin ekoloji terroruna qarşı fasiləsiz aksiyadan 114 gün ötür.
Mia.az xəbər verir ki, azərbaycanlı könüllü ekofəallar ekoloji terrorun dayandırılması və ərazidə monitorinq aparılmasına şərait yaradılmasını tələb edirlər.
Xatırladaq ki, Ermənistanın yalan təbliğatına baxmayaraq, Laçın yolu humanitar təyinatlar üçün tamamilə açıqdır.
Bu gün saat 09.17-yə ollan məllumata görə, Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) aid çində erməni ailələri olan 9 avtomobil Xankəndidən Laçın yolu ilə Ermənistana yollanıb.
***
Bu gün saat 10.30-a olan məlumata görə, sülhməramlıların 2 maşını Xankəndi-Laçın yolunda maneəsiz hərəkət edib.
***
Saat 11.49-a olan məlumata görə, sülhməramlıların daha 31 maşını Xankəndi-Laçın yolunda maneəsiz hərəkət edib. Bununla da Laçın yolunda maneəsiz hərəkət edən sülhməramlıların avtomobillərinin sayı 33-ə çatıb.
***
Saat 17.00-a olan məlumata görə, sülhməramlıların daha 53 maşını Xankəndi-Laçın yolunda maneəsiz hərəkət edib. Bununla da Laçın yolunda maneəsiz hərəkət edən sülhməramlıların avtomobillərinin sayı 86-ya yüksəlib.
***
Saat 20.25-ə olan məlumata görə, sülhməramlıların daha 11 maşını Xankəndi-Laçın yolunda maneəsiz hərəkət edib. Bununla da Laçın yolunda maneəsiz hərəkət edən sülhməramlıların avtomobillərinin sayı 97-yə çatıb.
Lamiyə
Mia.az