Düz 113 gündür azərbaycanlı könüllü ekofəallar Qarabağ iqtisadi rayonunda sülhməramlıların müvəqqəti yerləşdiyi ərazilərdə ermənilərin ekoloji terroruna qarşı fasiləsiz aksiya keçirir.
Mia.az xəbər verir ki, ekofəallar ekoloji terrorun dayandırılması və ərazidə monitorinq aparılmasına şərait yaradılmasını tələb edirlər.
Xatırladaq ki, Ermənistanın yalan təbliğatına baxmayaraq, Laçın yolu humanitar təyinatlar üçün tamamilə açıqdır.
***
Bu gün saat 10.34-ə olan məlumata görə, sülhməramlıların 8 maşını Xankəndi-Laçın yolunda maneəsiz hərəkət edib.
***
Saat 14.28-ə olan məlumata əsasən, sülhməramlıların daha 67 maşını yoldan maneəsiz keçib.
Bununla da yolda bu gün maneəsiz hərəkət edən sülhməramlıların avtomobillərinin sayı 75-ə çatıb.
***
Saat 15.27-yə olan məlumata əsasən, sülhməramlıların daha 7 maşını yoldan maneəsiz keçib.
Bununla da yolda bu gün maneəsiz hərəkət edən sülhməramlıların avtomobillərinin sayı 82-yə yüksəlib.
***
Saat 16.47-yə olan məlumata əsasən, sülhməramlıların daha 6 maşını yoldan maneəsiz keçib.
Bununla da bu gün yolda maneəsiz hərəkət edən sülhməramlıların avtomobillərinin sayı 88-ə çatıb.
***
Bu gün saat 20.00-a olan məlumata görə, sülhməramlıların daha maşını yoldan maneəsiz keçməsinə şərait yaradılıb. Bununla da bu gün Laçın yolunda maneəsiz hərəkət edən sülhməramlıların avtomobillərinin sayı 88-ə çatıb.
Zülfiyyə
Mia.az