Türkiyədə mayın 14-də keçiriləcək seçkilərdə təkcə prezidentliyə namizədlər - Kamal Kılıçdaroğlu, Məhərrəm İncə, Rəcəb Tayyib Ərdoğan və Sinan Oğanın şansları deyil, eyni zamanda, hansı partiyanın parlamentdəki çoxluğu qazanacağı da böyük maraq doğurur.
Mia.az xəbər verir ki, bu məqsədlə müxtəlif sorğu şirkətləri tez-tez rəy sorğuları keçirirlər.
Türkiyə mətbuatı yazır ki, belə sorğulardan birini də Avrasya, MAK, Saros, Bulgu, Genar, Themis, ADA, ORC, Konda, AR-G, Aksoy, Piar, ALF, ArtıBir, Optimar, Yoyelem və "İstanbul"dan ibarət 17 araşdırma şirkəti birgə keçiriblər.
Rəy sorğusuna görə, Ərdoğanın lideri olduğu AK Partiya 33,2 faizlə öndədir. İkinci sırada olan CHP-nin səs ortalaması isə 27,1 faizdir.
Görünən odur ki, seçki barajını cəmi 4 partiya keçir, Baxçalının lider olduğu MHP isə 7 faizlik barajı aşa bilmir.
Beləliklə, partiyaların səs faizi isə belə proqnozlaşdırılır:
Lamiyə Əhmədli
MİA.AZ