Müğənni efirdə yol hərəkəti qaydalarını pozduğunu etiraf edib.
Mia.az xəbər verir ki, ATV telekanalında qonaq olan müğənnni Nəfəs sükan arxasına keçdiyi ilk gündən bu günə qədər təhlükəsizlik kəmərindən istifadə etmədiyini etiraf edib.
Məsələ ilə bağlı DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi polis mayoru Rövşən Tağıyev oxu.az-a açıqlamasında bildirib ki, bu və digər formada olan mənfi təbliğatın daim əleyhinə olub:
"Xüsusən cəmiyyətdə tanınan insanların öz nümunəvi hərəkətləri ilə fəaliyyətimizdə bizə daha çox dəstək olmalarını gözləyirik. Vəzifəsindən, qulluq mövqeyindən, əmlak vəziyyətindən asılı olmayaraq hər kəs qanun qarşısında bərabərdir və qanun hər kəsə şamil edilir. Qayda pozuntusu varsa, əlbəttə bunun məsuliyyəti də olacaq.
Heç bir bəhanə qayda pozmağa əsas gətirilə bilməz. Bəlkə kimlərsə öz həyat və sağlamlığına biganə yanaşa bilər, ancaq biz qurum olaraq o formada düşünənlər də daxil olmaqla hər kəsin həyat və sağlamlığına dəyər veririk və insanlarımızın yollarda xəsarət almamaları və həyatlarını itirməmələri üçün gecə-gündüz çalışırıq. Bu istiqamətdə də hər kəsdən kömək və dəstək gözləyirik".
Mia.az