Türkiyədə fevralın 6-da baş verən dəhşətli zəlzələyə görə universitetlərdə onlayn tədrisə keçid ləğv olunur.
Mia.az xəbər verir ki, Türkiyə Yüksək Öyretim Kurulunun (YÖK) başqanı Erol Özvar açıqlama verib.
YÖK sədrinin sözlərinə görə, universitetlərdə əyani dərslər aprelin 4-də başyacaq.
Xatırladaq ki, bundan əvvəl, daha dəqiqi, martın 15-də o, açıqlama verərək, bildirmişdi ki, əyani sistemə qayıtmaq üçün hazırlıqlar yekunlaşdırılıb: "Bildiyiniz kimi, fevralın 6-da baş verən zəlzələdən sonra cənab prezidentin təlimatı ilə universitetlərdə dərslər onlayın sistemə keçib. Hesab edirik ki, artıq ənənəvi sistemə qayıtmağın zamanıdır. Biz aprelin 1-dən əyani tədris sistemə, yəni üz-üzə təhsilə başlamaq üçün işlərimizi tamamladıq. Prezident Ərdoğan göstəriş verərsə, aprelin 1-dən universitetlərdə üzbəüz təhsilə start veriləcək".
YÖK sədri zəlzələdən daha çox "nəsibi"ni alan çox az sayda universitetdə əyani sistemlə yanaşı, hibrid (həfətnin bəzi günləri üz-üzə, bəzi günləri isə onlayın) təhsilə başlanıla bilər.
Lamiyə
Mia.az