Ramazan bayramında ardıcıl 4 gün iş olmayacaq.
Mia.az xəbər verir ki, Nazirlər Kabinetinin “2023-cü il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında” qərarına əsasən, aprelin 21-i Ramazan bayramıdır.
2023-сü ildə həftələrarası istirahət günlərinin iş günləri hesab olunmayan bayram günləri ilə üst-üstə düşməsi ilə əlaqədar olaraq beşgünlük iş həftəsində 24 aprel də istirahət günüdür.
Beləliklə, Ramazan bayramında ardıcıl olaraq 21, 22, 23, 24 aprel qeyri-iş günləridir. Ümumilikdə həftəsonları da daxil olmaqla, gələn ay 12 gün iş olmayacaq.