İspaniyanın Kataloniya bölgəsinin müstəqilliyinə açıq can atan və buna görə barəsində cinayət işi açılan barselonalı deputat bu gün 5 ildən sonra ayaq basdığı ölkəsində saxlanılıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, haqqında açılan cinayət işinə görə ölkədən qaçaraq son 5 ili xaricdə yaşayan Avropa Parlamentinin (AP) deputatı, katalon əsilli siyasətçi Klara Ponsati İspaniya hüquq - mühafizə orqanları tərəfindən hava limanında saxlanılaraq polisə təhvil verilib.
O, saxlanılarkən AP-nin parlament kartını göstərərək "Bunu etmək istədiyinizə əminsinizmi?", - deyə polisə sual edib.
Polislər isə haqqında cinayət işi olduğunu, 5 ildir qanundan qaçdığını deputata xatırladaraq qanunsuz hərəkət etmədiklərini deyiblər.
Zülfiyyə
Mia.az