Vaxtı ilə YAP-da «qaragurh dəstə»yə başçılıq edən və müxalif toplantılara təxribatçı
qrup kimi daxil olaraq pozuculuq fəaliyyəti ilə yadda qalan Nərimanov rayonunun
icra başçısı Abdin Fərzəliyev yeni iddiaya düşüb. O, YAP-da yeni vəzifə sahibi olduqdan sonra bir qədər də
ruhlanıb.
Mia.az-a verilən məlumata görə, Nizami rayonunda icra başçısı vəzifəsində işləyərkən ARDNŞ rəhbəri Rövnəq Abdullayevlə mübarizədən məğlub ayrılan və 2005 parlament seçkisində «pərdəarxası»nda hazırda Almaniyada mühacir olan Hüseyn Abdullayevə açıq dəstək verən Abdin Fərzəliyev Bakı Şəhər İcra Hakimiyyəti başçısı postuna iddiasını gizlətməyib: «Onu yüksək vəzifə sevdasına gətirən təkcə yeni qohumluq əlaqəsi və YAP-da yeni vəzifə alması deyil. O, həm də maneə gözüylə gördüyü Rövnəq Abdullayevin son aylar mətbuatda və müəyyən çevrələrdə «vurulması»dan sevincək olub. Ona və yaxın çevrəsinə elə gəlir ki, artıq Rövnəq Abdullayevin hakimiyyətdəki gücü bitirilib. Bu isə illərdir onunla ulduzu barışmayan Abdin Fərzəliyevin daha yuxarılara yolunu açıb».
Təəssüf ki, mövqe öyrənə bilmədik. Deyilənlərlə bağlı əlavə xəbərimiz olacaq.
Mia.az