Bu gün 107 gündür Qarabağ iqtisadi rayonunda sülhməramlıların nəzarəti altında olan ərazilərdə ermənilərin ekoloji terroruna qarşı fasiləsiz aksiya keçirilir.

Mia.az xəbər verir ki, azərbaycanlı ekofəallar ekoloji terrorun dayandırılması ilə bərabər, ərazidə monitorinq aparılmasına şərait yaradılmasını tələb edirlər.

Xatırladaq ki, Ermənistan hökumətinin yalan təbliğatına baxmayaraq, Laçın yolu humanitar məqsədlər üçün tamamilə açıqdır. 

Bu gün səhər tezdən Beynəlxalq Qızıl Xaç Komitəsinə aid 8 avtomobildə erməni ailələr Xankəndidən Ermənistana gediblər.

***

Bu gün saat 10.33-ə olan məlumata görə, Rusiya sülhməramlılarına məxsus 9 maşın Xankəndidən Laçına doğru maneəsiz hərəkət edib.

***

Saat 11.47-yə olan məlumata görə, sülhməramlılara aid daha 29 maşın Laçın yolunun aksiyanın olduğu hissəsindən sərbəst keçid edib.

Bununla gün ərzində yoldan rahat istifadə edən sülhməramlılara məxsus avtomobillərin sayı 38-ə çatıb.

***

Bu gün saat 15.55-ə olan məlumata görə, Laçın yolunda daah 8 BQXK-ya məxsus avtomobillər maneəsiz hərəkət edib.

***

Saat 18.10-a olan məlumata görə, sülhməramlılara aid daha 18 maşın Laçın yolunda sərbəst keçid edib.

Bununla gün ərzində yoldan rahat istifadə edən sülhməramlılara məxsus avtomobillərin sayı 56-ya yüksəlib.

Samir

MİA.AZ