Rejissor Oqtay Əliyevlə birgə martın 22-də ağır qəza yaralanan Xalq artisti Mehriban Zəki həmin hadisə barədə paylaşım edib.

Mia.az xəbər verir ki, paylaşımda deyilir:

"İlk tanıdığım gündən hər zaman bütün problemlərin həllini tapar, xəstələnəndə belə problem yoxdur keçib gedəcək deyər, insanları yalnız gülərüz görmək istər, hər zaman hamını süfrə başına yığar, həmin süfrəni şəxsən özü açmaqdan zövq alar, bütün arzularında İrəvana getmək  istərdi.  Hər zaman hay-küylü, coşub daşan Oqtayın həmin an səsi belə çıxmadı. Bu dəfə Dilarə ilə mən qışqırırdıq: Oqtay... Oqtay... Oqtay... O isə susurdu. O susurdu, maşın çevrilirdi... 

Bu, sadəcə qəzavü-qədər idi. 

Mən sağalacağam. Qolum da, qabırğalarım da bitəşəcək, üzüm də bərpa olacaq. 

Dilarə də inşallah özünü toparlayar. O, çox güclü qadındır.  Amma Oqtay əbədi susacaq. Allah sizə rəhmət eləsin, Oqtay. 

Martın 22-i belə yazıldı bizim üçün”.

Ləman

Mia.az