Türkiyənin məşhur müğənnisi Gülşənin CHP-nin siyahısı ilə deputatlığa namizədliyini irəli sürüləcəyi xəbəri təkzib olunub.

Mia.az xəbər verir ki, bir neçə il əvvəl ölkəni tərk edərək xaricı sığınan Gülşənin məhz seçkidə uğur qazanacağı halda, vətəninə dönəcəyi iddia olunur.

Məsələ ilə bağlı "Habertürk" telekanalına açıqlama verən müğənninin vəkili Emek Emre iddiaları yalanlayıb: "Gülşən siyasət haqqında düşünmür və onun yerinin parlament deyil, səhnə olduğunu vurğulayır. Sənətçi Türkiyəyə seçkilərə qədər gəlməyəcək".

Xatırladaq ki, bir müddət əvvəl müğənni konsert zamanı birini nəzərdə tutaraq "İmam Hatipdə oxuyub, azğınlığı oradan gəlir”- ifadəsinə görə Türkiyədə həbs edilmişdi.

Ləman

MİA.AZ