Bu gün 102 gündür Laçın yolunda ermənilərin ekoloji terroruna qarşı fasiləsiz aksiya keçirilir.
Mia.az xəbər verir ki, azərbaycanlı könüllülər hər zaman olduğu kimi, ermənilərin ekoloji terroruna "yox" deyir, eyni zamanda, sülhməramlıların nəzarətində olan ərazidə monitorinq aparılmasına şərait yaradılmasını tələb edirlər.
Xatırladaq ki, ermənilərin yalana əsaslanan həy-küylərinə baxmayaraq, Laçın yolu humanitar məqsədlər üçün tam açıqdır.
Bu gün saat 10.00-a olan məlumata görə, sülhməramlıların bir maşını aksiyanın keçirildiyi yoldan maneəsiz hərəkət edib.
***
Saat 15.00-a olan məlumata görə isə Rusiya sülhməramlılarına məxsus daha daha 74 maşın yolda sərbəst hərəkət edib.
Bununla da Xankəndi-Laçın yolunda maneəsiz hərəkət edən sülhməramlılara məxsus maşınların sayı 75-ə yüksəlib.
Lamiyə
MİA.AZ