Türkiyə MSK-sı (YSK) bu gün prezidentliyə 11 iddialının namizədliyinə "hə" deyib.
Mia.az xəbər verir ki, YSK onlara namizədliklərini rəsmiləşdirmək üçün toplanacaq 100 min imza üçün vərəqlər verib.
Xatırladaq ki, mayın 14-də keçiriləcək prezident seçkilərində hazırkı prezident Ərdoğanla Millət İttifaqının namizədi Kamal Kılıçdaroğlunun namizədliyi barədə hələlik rəsmi qərar verilməyib. Ərdoğan sənədlərini bu gün YSK-ya təqdim edib.
Amma faktdır ki, seçkidə əsas rəqiblər bu iki şəxs olacaq.
Hələlik namizəd kimi sənədləri yetərli hesab olunaraq prezident yarışına buraxılan 11 namizədlərin hər biri əgər 100 min imza toplayarsa, Ərdoğan-Kılıçdaroğlu duelində yer alacaqlar.
Həmin 11 namizəd aşağıdakılardır:
1.Davut TURAN
2.Doğu PERİNÇEK,
3.Erkan TRÜKTEN,
4.Halil Murat ÜNVER,
5.Hilmi ÖZDEN,
6.İrfan UZUN,
7.Muhammed Ali Fatih ERBAKAN,
8.Muharrem İNCE,
9.Sinan OĞAN
10.Tevfik Ahmet ÖZAL
11.Yakup TÜRKAL
Samir Musayev
MİA.AZ